11 oktyabr 2011 15:53

Şahin Diniyev: İnanmıram ki, türklər yenə bizim tələmizə düşə

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə ilə son oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Axşam bizi Türkiyə - Azərbaycan oyunu gözləyir. Sizcə, komandamız İstanbulda sensasiya edə biləcək?
- Sensasiya bir dəfə olur. İkinci dəfə bu, artıq tendensiya olur. İnanmıram ki, türklər ikinci dəfə bizim tələmizə düşsünlər. Bəli, aydın məsələdi ki, meydan sahibləri tam vabanka gedəcəklər. Özü də son oyunda Almaniyaya uduzduqlarından başqa çıxış yolları qalmayıb. Şanslarımız çox azdı.
 
- Onda mümkün qədər az qol buraxmaq haqda düşünməliyik?
- Biz ancaq möcüzəyə ümid edə bilərik. Türkiyə mütləq 3 xal qazanmalıdı. Hiddinkin komandası görüşün favoritidi. Onlar erkən qol vurmağa çalışacaqlar. İnanın ki, rəqibimiz çox yüksək səviyyəli oyun göstərməyi bacaran komandadı.
 
- Siz yığmamıza bu oyunda nəyi məsləhət görərdiz?
- Komandanın öz baş məşqçisi var və o, hansı heyətlə oynamağın lazım olduğunu bilir. Əlimizdə nə varsa, ondan yararlanmalıyıq. Meydanın hər qarışı uğrunda mübarizəni sona kimi davam etdirmək lazımdı. Komandamız xarakter nümayiş etdirməlidi.
 
- Amma komandamızın düşərgəsində Avstriyaya 1:4 hesablı məğlubiyyətin təsirini də unutmaq lazım deyil...
- Həmin oyun avstriyalıların diqtəsi altında keçdi. Futbolçularımız ancaq oyunun əvvəlində bir az yaxşı oyun göstərə bildilər. Avstriyalılar bizimkilərə sadəcə göz açmağa imkan vermədilər. Təəssüf ki, Azərbaycan yığması rəqiblə müqayisədə çox pis oynadı. Avstriya güclü komandadı. Onlar bizdən çox üstündülər.

- Sizcə, məğlubiyyətə nə səbəb oldu?
- Qırmızı vərəqədən sonra oyun sxemimiz pozuldu. Amma rəqibi qiymətləndirmək lazımdı. Mümkündü ki, onlar bizi qırmızı vərəqə olmasaydı da məğlub edəcəkdilər.
 
- Yığmamızın heyətində kimi qeyd edərdiniz?
- Əgər xüsusi epizodları xatırlasaq, Raufun, Əfranın və Vüqarın pis oynamadığını demək olar.
 
- Bu oyunu Belçika v Qazaxıstana qarşı oyunlarımızla müqayisə etmək olar?
- Biz yaxşı oynadıq. Sadəcə, Avstriya nə Belçika, nə də Qazaxıstandı. Rəqib güclü idi və bütün planlarımızı pozmağı bacardılar. Məğlubiyyətimizin əsas səbəbkarları da məhz onlar idi.

- Avstriya ilə oyundan sonra Vaqif Cavadovun komandamızdan imtinasını necə qiymətləndirərdiz?
- Hesab edirəm ki, bu, düzgün addım deyil. Yığma nə mənim, nə Foqtsundu, bu, ölkənin komandasıdı. Görünür, o, özündə olmayıb. Yəqin ki, indi düşünsə, öz hərəkətindən təəccüblənər. Vaqif gəncdi, o, yığmaya kömək edə bilərdi. Məşqçilər korpusu və AFFA onun qayıdışı haqda düşünməlidilər. Onu eşitmək lazımdı, ola bilsin ki, nəsə başqa problem var. Yalnız bundan sonra qərar qəbul etmək olar. Amma digər tərəfdən AFFA yığmadan imtina edən futbolçuları ciddi cəzalandırmalıdı ki, eyni addım bir daha təkrarlanmasın.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.