11 oktyabr 2011 16:02
Qarabağ bu gündən başlayır
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qarabağ” səfərdə “Rəvan”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov “Rəvan”la oyuna ciddi hazırlaşdıqlarını bildirib:
“Bu gündən etibarən məşqlərə başlayacağıq. “Rəvan” son iki oyunda qalib gəlib. Kifayət qədər güclü komandadı. Biz də son turlarda meydandan qələbə ilə ayrılmışıq. Bu uğurlu seriyanı davam etdirməyə çalışacağıq. Milli komandanın oyunlarından sonra biz ciddi xal itkisi ilə üzləşirik. “Rəvan”la oyunda bu halın təkrarlanmamasına çalışacağıq”. (PFL)
