11 oktyabr 2011 16:24
İnter Neftçi ilə derbiyə ciddi hazırlaşır
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun mərkəzi oyununda “İnter” son çempion “Neftçi”nin qonağı olacaq. Azerisport.az xəbər verir ki, ötən tur doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı məğlub etməklə turnir cədvəlinin üçüncü pilləsinə yüksələn “İnter” “Neftçi” ilə səfər oyununa ciddi hazırlaşır.
“İnter”in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov oyunla əlaqədar bunları bildirib: “Ötən tur “Xəzər Lənkəran”la oyundan sonra futbolçulara 4 gün istirahət verildi. Oktyabr 9-da “Şuşa” ilə keçirdiyimiz yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəldik. “Neftçi” ilə oyunun hazırlıqlarımızı davam etdiririk”.
Qeyd edək ki, “İnter”in müdafiəçisi Vladimir Levin Azərbaycanın əsas milli komandasının, qapıçı Səlahət Ağayev isə U-21 yığmasının heyətinə cəlb olunub. (PFL)
