11 oktyabr 2011 17:48
Mpenza: Çalışacağam ki, İnterə yenə qol vurum
"Neftçi"nin hücumçusu Emil Mpenza klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, belçikalı futbolçu Premyer Liqanın 9-cu turunda keçiriləcək "İnter"lə oyun barədə fikirlərini bildirib:
"Ard-arda 3 oyundu ki, qələbə qazanırıq. Buna görə də "İnter"lə indi oynamağımız yaxşıdı. Asan olmasa da, inşallah, qalib gələcəyik. Artıq bundan sonra "Neftçi"nin çempionluq şansı daha da artacaq".
Mpenza ötən mövsüm paytaxt təmsilçisinin qapısına yol tapdığını da xatırladıb: "Keçən mövsüm "İnter"ə qol vurmuşam. Çalışacağam ki, rəqibi yenə də məyus edim. Amma əsas olan komandanın qələbəsidi. Mənim və ya başqa bir futbolçumuzun fərqlənməsinin fərqi yoxdu".
