11 oktyabr 2011 18:00
Vaqif Cavadov: Foqtsun rəhbərliyi altında oynamayacağam
Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadov müsahibəsində Azərbaycan yığmasından imtinasından danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Artıq dörd gündü ki, hamı sizin Azərbaycan millisindən imtinanızdan danışır. Avstriya ilə oyundan sonra nə baş vermişdi ki?
- O oyundan sonra mən özümə yer tapa bilmirdim. Hardasa iki gün jurnalistlərlə danışmadım ki, görüm nə baş verir. Amma görürəm ki, mətbuatda hərə öz bildiyini yazır. Bir çox açıqlamalar düz deyil. Mən Azərbaycan yığmasından imtina etməmişəm. 16 yaşımdan millinin formasını geyirəm. Bu, mənim üçün həmişə böyük şərəf olub.

- Foqtsla aranızda konkret hansı münaqişə baş verib?
- Matçdan sonra Foqts məni tənqid etməyə başladı. Hər bir baş məşqçinin buna haqqı var. Amma o, bu məğlubiyyətə görə təkcə məni günahlandırırdı. Sanki hər şeyə görə tək mən cavabdehəm. Razıyam ki, buraxılan ikinci qolda mənim səhvim vardı. Topu itirdim və rəqib də bundan istifadə etdi. Amma səhvlərdən heç kim sığortalanmayıb. Saşa Yunisoğlu da elə ilk yarının ortasındaca qırmızı vərəqə aldı. Məgər o, bunu istəyirdi? Xeyr. Sadəcə, o, ürəkdən oynadı, belə də oldu. Paltardəyişmə otağında isə Foqts mənimlə kobud danışmağa başladı. Ondan sonra mən də ona cavab qaytarmalı oldum ki, əgər yığma üçün belə lazımsızamsa, Moskvaya qayıda bilərəm. Olan budu.

- Bəs sonra nə oldu?
- Bundan sonra hamı otelə yollandı. Orda isə mənim pasportumu və Moskvaya biletimi gətirib verdilər. Hətta maraqlanan olmadı ki, nə baş verir. AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, məni cəzalandıracaqlar. Bəs o, niyə mən Bakıda olanda zəng edib heç nə soruşmadı? Axı qarşıda Türkiyə ilə vacib oyun vardı. Həm də Rauf da oynaya bilməyəcəkdi. Onlar hər şeyi yerindəcə həll etmək əvəzinə, mənim sözlərimi başqa cür şərh etməyə başlayıblar. Fikrimcə, yığmaya lazım olsaydım, biletimi alıb yola salmazdılar. Görünür, məni komandada görmək istəmirdilər.

- Belə çıxır ki, siz yığmadan imtina etməmisiz?
- Yığmadan imtina etmək olmaz. Mən azərbaycanlıyam, yığmamızda çıxış etmək də əsas məqsədimdi. Mən öz sevimli komandamdan necə imtina edə bilərəm? Bu, Foqtsun yox, Azərbaycanın milli komandasıdı. Mənim sözlərimi bu cür yozmaları çox üzücüdü. Amma mən daha Foqtsun rəhbərliyi altında oynamayacağam.

- Dünən Foqts da bildirib ki, nə qədər baş məşqçiyəm, Cavadov yığmada oynamayacaq...
- Mən bir qədər dözdüm və heç nə demək istəmədim. Amma daha dözə bilmirəm. Hələ Avstriya ilə ilk oyundan sonra da o, demişdi ki, mən məğlubiyyətdən sonra gülürdüm. Elə şey olmamışdı. Mən hələ onda sözümü demək istəyirdim. Amma AFFA-dan xahiş etdilər ki, heç nə danışmayım.
- Bu münaqişə ilə əlaqədar sizə zəng edənlər olur?
- Hazırda ailəm yanımdadı. Onlar həmişə məni dəstəkləyiblər. Onlar da mətbuatda sözlərimin fərqli yozulmasına üzülürlər. İsgəndər Cavadov zəng etmişdi ki, vəziyyəti ona başa salım. Bilirsiz ki, futbolçu ailəsiyik. Mən yığmada oynamağa həmişə hazıram. Amma Foqts orda olduğu müddətdə bu, baş verməyəcək.

- Bu hadisəni “Volqa”da necə qəbul etdilər?
- Burda nə baş verdiyi ilə maraqlandılar. Dedilər ki, bu, sənin şəxsi qərarındı. Onlar üçün əsas olan klubdakı çıxışımdı.

- Azarkeşlərə nə demək istərdiniz?
- Azərbaycanda məni sevən azarkeşlər də var, sevməyənlər də. Mən onların hamısını yığmamızı, futbolçularımızı dəstəkləməyə çağırıram. Komandamız buna layiqdi. Qarşıda Türkiyə ilə oyun var. Çətin olacaq. Amma komandamıza inanmaq lazımdı. Uşaqlara uğurlar arzulayıram.