11 oktyabr 2011 19:08
Sadiqov: Türkiyəyə qarşı daha yaxşı oynamağa çalışacağıq
Futbol üzə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rəşad Sadiqov AÇ-2012-nin seçmə mərhələsinin bu gün keçiriləcək Türkiyə ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Düzünü deyim ki, bu oyunla bağlı konkret nəsə deyə, proqnoz söyləyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, Avstriya ilə oyundan fərqli olaraq, Türkiyəyə qarşı daha yaxşı oynamağa çalışacağıq”.
