11 oktyabr 2011 11:28
Elnur Allahverdiyev: Türkiyəyə müqavimət göstərmək istəyirik
Futbol üzrə yığmamızın müdafiəçisi Elnur Allahverdiyev AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. O, öncə qardaş ölkə yığmasını dəyərləndirib:
“Türkiyə kifayət qədər güclü rəqibdi. İndi onların növbəti mərhələyə çıxmaq şansları ancaq komandamız üzərində qələbə qazanmaqdan asılıdı. Odu ki, İstanbulda işimiz heç də asan olmayacaq. Avstriyaya məğlub olmağımıza baxmayaraq, çalışacağıq ki, bu dəfə rəqibimizə layiqli müqavimət göstərək. Yaxşı nəticəyə nail olmaq istəyirik”.

Allahverdiyev son məğlubiyyət haqda da danışıb: “Biz Avstriya ilə oyuna yaxşı əhval-ruhiyyədə çıxmışdıq. Yaxşı nəticəyə ümid edirdik. Amma sonda heç də hər şey istədiyimiz kimi alınmadı. Heç kimin günahı yoxdu. Hamımız uduzduq”.
Elnur öz oyununu da dəyərləndirib: “Mən də əlimdən gələni edirəm. Bunun yaxşı ya da pis alınmasına ancaq kənardan qiymət vermək olar. Düzdü, son oyunda öz cinahımda çıxış etmirdim. Amma baş məşqçi harda desə, orda oynamağa borcluyam. Düzdü, son oyunda məğlub olduq və buna görə mən də azarkeşlər qarşısında üzr istəyirəm”.
Allahverdiyevin sözlərinə görə, Avstriya ilə oyunda hər şey başqa cür də ola bilərdi: “Biz qol vura bilərdik. Amma çox təəssüf ki, oyunda dönüş yaratmağa gücümüz çatmadı. Düzdü, Vüqar Nadirov oyuna yaxşı qoşuldu, fərqləndi. Amma bu, kifayət etmədi. Bu oyundakı məğlubiyyətin əsas səbəbi məncə azlıqda qalmağımız oldu. Məhz ondan sonra oyunumuz dəyişdi”.