11 oktyabr 2011 11:58
Rasim Kara: Azərbaycan ötən ilki uğuru təkrarlaya bilməyəcək
“Qarabağ” və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Rasim Kara bu gün keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə - Azərbaycan oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. O, qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Almaniyaya məğlubiyyətdən sonra Türkiyənin vəziyyəti çox pisləşib. Bizə indi ancaq qələbə lazımdı. Quus Hiddinkin komandasının uğur qazanacağına inanıram. Türkiyənin qələbə qazanacağını düşünürəm. Həmçinin də Almaniyanın Belçikanı məğlub etməsini istəyirəm. Çox istərdim ki, matç zamanı heç bir münaqişə baş verməsin. Çünki iki qardaş ölkə yığması oynayacaq. Əsas odu ki, hər iki komanda baxımlı futbol sərgiləsin. Düşünmürəm ki, Azərbaycan ötən ilki uğurunu təkrarlaya bilsin. Futbolçularınıza həmin oyunu sərgiləmək də çətin olacaq. Çünki pley-offa düşmək istəyirik”.