11 oktyabr 2011 12:21
İngiltərə yığmamızın qisasını aldı
21 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycan millisinin rəqibləri də növbəti oyununa çıxıb.
Belə ki, qrupumuzun digər oyununda Norveç evdə İngiltərəni qəbul edib. Gözlənildiyi kimi, ingilislər bu görüşdə qələbə qazanıblar. Hesabı artıq 3-cü dəqiqədə Douson açıb. 7-ci dəqiqədə isə Henderson daha bir qol vurmaqla komandasının qələbəsinə şübhə yeri qoymayıb. Norveçlilərin gücü yalnız 24-cü dəqiqədə vurulan təsəlli qoluna çatıb.
Qeyd edək ki, yığmamız da ötən gün doğma meydanda Belçika ilə qarşılaşmışdı və 2:2 hesablı heç-heçəyə razılaşmışdı. İslandiya isə bu tur istirahət edirdi. Norveçin oktyabrın 6-da Bakıda millimiz üzərində 2 cavabsız qolla qələbə qazandığını da qeyd edək.
|
İngiltərə
|
3
|
3
|
0
|
0
|
11-1
|
9
|
|
Norveç
|
3
|
2
|
0
|
1
|
5-2
|
6
|
|
Belçika
|
3
|
1
|
1
|
1
|
7-5
|
4
|
|
İslandiya
|
3
|
1
|
0
|
2
|
2-6
|
3
|
|
Azərbaycan
|
4
|
0
|
1
|
3
|
3-14
|
1
|
