11 oktyabr 2011 12:33
Azərbaycan üçün alman sınağı
Oktyabrın 10-dan etibarən Almaniyanın Frankfurt şəhərində 15 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində oktyabrın 12-də yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Belə ki, sabah futbolçularımız “Viktoria Aschaffenburg” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaqları. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
