11 oktyabr 2011 12:40
İK Cavadov haqda qərarı sonraya saxladı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovla bağlı yaranan qalmaqala da baxılıb.
Lakin onun barədə qərar sonraya saxlanılıb. Hər halda hazırkı qərarda belə bildirilir: “AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Avstriya oyunundan sonra heç bir səbəb göstərmədən milli komandadan ayrılan Vaqif Cavadovun məsələsinə komandanın toplanışı başa çatandan sonra baxılacaq. İntizam Komitəsi bu məsələ ilə bağlı milli komandanın baş inzibatçısının tam məlumatını aldıqdan sonra öz qərarını verəcək”.
