11 oktyabr 2011 00:45
Azərbaycanlı futbolçu Spartakdan ayrıla bilər
Rusiyanın “Spartak” (Moskva) klubunda forma geyən 19 yaşlı azərbaycanlı futbolçu Emin Mahmudov qarşıdakı transfer pəncərəsində iş yerini dəyişə bilər. Azerisport.az xəbər verir ki, buna səbəb perspektivli xavbekin artıq uzun müddəti paytaxt təmsilçisinin heyətindən kənarda qalmasıdı.
Belə ki, ötən qışda “Spartak”a böyük ümidlərlə transfer olunan həmyerlimizə yeni komandasında o qədər də çox forma şansı verilmir. Digər tərəfdən artıq bu yarımmüdafiəçiyə Rusiya Premyer Liqasının ilk “səkkizliy”ində yer alan bir klub da müştəri çıxıb. Amma hələlik Mahmudova konkret təklif gəlməyib.
