12 oktyabr 2011 00:46
Hiddink yığmamız üzərində qələbədən danışdı
Futbol üzrə Türkiyə yığmasını baş məşqçisi Quus Hiddink Azərbaycan ilə AÇ-2012-nin seçmə mərhələ oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Play-offa vəsiqə qazandıq. Hədəfimiz bu idi. Almaniya, Belçika və Avstriyanın olduğu qrupda bunun çətin olacağını bilirdik. Azərbaycanla bu dəfəki qarşılaşmamız çox çətin bir matç olmadı. Yaxşı başladıq, ilk yarıda yaxşı oynadıq. Topa çox yaxşı nəzarət edirdik. Amma qol gəlməyincə yenə duyğular önə çıxdı. Həyacan səbəbindən xətalı paslar oldu. İlk yarıda Kazımla bir qolu boşa verdik. İkinci yarıda daha yaxşı oynadıq".
