12 oktyabr 2011 02:03
Elnur Allahverdiyev də Foqtsa üsyan etdi
Futbol üzrə yığma komandamızın daha bir üzvü Berti Foqtsa üsyan edib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev də oynamayacağı halda, yığmaya çağırılmaq istəmədiyini dilə gətirib.
Türkiyə ilə qarşılaşmadan sonra saytımıza müsahibə verən Elnur bunları dilə gətirib: “Mən ehtiyatda qalmağımdan narazıyam. Əgər belə davam etsə, Fotsla danışacam. Əgər o, məni ehtiyatda saxlayacaqsa, meydana buraxmayacaqsa, qoy heç çağırmasın”.
Xatırladaq ki, Avstriya ilə ev oyunundan sonra Vaqif Cavadov millimizdən imtina etmişdi. O da əvəzlənməsinə etirazını dilə gətirərək yığmanın düşərgəsindən ayrılmışdı.
Xatırladaq ki, Avstriya ilə ev oyunundan sonra Vaqif Cavadov millimizdən imtina etmişdi. O da əvəzlənməsinə etirazını dilə gətirərək yığmanın düşərgəsindən ayrılmışdı.
