12 oktyabr 2011 14:23
AZAL-ın futbolçusu yığmada 1 xala sevindi
AZAL-ın futbolçusu Robert Petrov AÇ-2013-ün seçmə mərhələsinin son turunda 1 xala sevinib. Azerisport.az xəbər verir ki, futbolçu Makedoniya – Slovakiya oyununun iştirakçısı olub.
Baş məşqçi Con Toşak onu qarşılaşmanın 46-cı dəqiqəsində kapitan Nikolke Noveskinin yerinə meylana buraxıb. Bu vaxta qədər hesabda geri olan makedoniyalılar bundan sonra qol vuraraq, bir xal qazanıblar - 1:1.
Qeyd edək ki, "Neftçi"nin futbolçusu İqor Mitreskinin adı 18-liyə salınsa da, o, qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib. "Neftçi"nin digər futbolçusu Slavko Georgiyevski isə Azərbaycan - Makedoniya oyunundan sonra yığma karyerasını bitirib.
