12 oktyabr 2011 02:12
Premyer Liqamızın latviyalıları Çexiyaya uduzdular
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov AÇ-2012-nin seçmə mərhələsini məğlubiyyətlə başa vurub. Azerisport.az xəbər verir ki, Starkovun başçılıq etdiyi Latviya millisi səfər oyununda Xorvatiyaya yenilib - 0:2.
Nəticədə Xorvatiya yığması qrup ikincisi olaraq pley-offa vəsiqə qazanıb. Latviya yığması isə mərhələni 11 xalla 4-cü pillədə başa vurub.
Starkov bu oyunda "Bakı"dakı yetirməsi Denis İvanovu 90 dəqiqə oynadıqb. "Simurq"un futbolçusu Adrey Rubini 88-ci dəqiqədə Aleksey Vişnakovun yerinə meydana buraxan çalışdırıcı "Bakı"dakı digər yetirməsi Maris Verpakovskinin adını ümumiyyətlə 18-liyə salmayıb. "Qəbələ"nin qapıçısı Pavel Doroşev də oyunu ehtiyat oyunçular skamyasından izləyib.
