12 oktyabr 2011 02:26
Qarabağın futbolçusu Rumıniya üzərində qələbəni əldən verdi
"Qarabağ"ın futbolçusu Admir Teli Avropa çempionatının seçmə mərhələsini bir xalla tamamlayıb. Azerisport.az xəbər verir ki, Telinin çıxış etdiyi Albaniya millisi bu gecə Rumıniyanı qəbul edib.
Hesabı 24-cü dəqiqədə Albaniya yığmasından Salihi açıb. 77-ci dəqiqədə isə Luçin tarazlığı bərpa edib və oyun 1:1 hesabı ilə yekunlaşıb. Seçmə mərhələdə 9 xal toplayan Albaniya millisi qrupu 5-ci pillədə başa vurub.
Albaniya yığmasının baş məşqçisi Josip Kuze Admir Teliyə start heyətində şans verib. O, 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Qarabağ"ın digər oyunçusu Ansi Aqolli cəzalı olduğundan bu oyunlara dəvət almamışdı.
