12 oktyabr 2011 02:30
Neftçinin futbolçusu yığmada ehtiyatda qaldı
Makedoniya yığması Avropa çempionatının seçmə mərhələsini bir xalla başa vurub. Azerisport.az xəbər verir ki, makedoniyalılar ev oyununda Slovakiya ilə heç-heçə oynayıb - 1:1.
Meydan sahiblərindən Nikolke Noveski (76), qonaqlardan isə Juraj Piroska (54) fərqlənib.
Makedoniya yığmasının baş məşqçisi Con Toşak "Neftçi"nin futbolçusu İqor Mitreskiyə oynamaq şansı verməyib. O, 90 dəqiqəni ehtiyat oyunçular skamiyasından izləyib.
