12 oktyabr 2011 02:35
Rəvanın qapıçısı millidə azərbaycanlı futbolçunu sevindirdi
"Rəvan"ın qapıçısı yoldaşlıq oyununda forma geyinib. Azerisport.az xəbər verir ki, Artur Kotenko Ukraynaya qarşı oynayıb.
Estoniya yığmasının baş məşqçisi start heyətində Sergey Pareykoya şans verib. O, 45-ci dəqiqədə Oleq Qusevin qolunun qarşısını ala bilməyib. 58-ci dəqiqədə Kotenko qapıya keçib və 10 dəqiqə sonra Ukrayna yığmasının Azərbaycan əsilli futbolçu Aleksandr Əliyev onun qoruduğu qapıya yol tapıb. Oyun ukraynalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyunda həmçinin "Neftçi" və "İnter"in sabiq oyunçusu Dmitri Kruqlov, "Neftçi"nin başqa bir keçmiş üzvü Andrey Stepanov və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Tixon Şişov da forma geyinib.
