12 oktyabr 2011 15:50
Qəbələ sınaq matçında 7 qol vurdu
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, son üç turda ard-arda məğlubiyyətlə üzləşən “Qəbələ” turnir cədvəlinin yeddinci pilləsinə geriləyib.
“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Kəpəz”lə oyuna ciddi hazırlaşdıqlarını bildirib: “Oktyabrın 11-də MOİK-lə yoldaşlıq oyununda 7:1 hesabı ilə qalib gəldik. Milli komandanın düşərgəsində olan futbolçuların sabahdan etibarən məşqlərə qatılacağı gözlənilir. “Kəpəz”lə oyunun çətin keçəcəyini düşünürəm. Amma qalib gəlməyə çalışacağıq. Komandanın heyətində yalnız hücumçu Viktor Mendi zədəlidi. İnanırıq ki, oyuna kimi heyətimizdə başqa bir problem olmayacaq”. (PFL)
