12 oktyabr 2011 16:09
“Bütün tsikli belə oynasaydıq, indi daha çox xalımız olardı”
Futbol üzrə yığma komandamızın müdafiəçisi Vurğun Hüseynov AÇ-2012-nin seçmə mərhələsindəki sonuncu oyunumuzdan – Türkiyə ilə səfər matçından (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Türkiyə ilə oyunla bağlı nə deyərdiz?
- Onu deyə bilərəm ki, biz öz vəzifəmizin öhdəsindən gələ bilmədik.
- Qarşınıza qoyulan vəzifə nədən ibarət idi ki?
- Biz burda xal, hətta qələbə də qazanmaq istəyində idik. Amma alınmadı. Türklər pley-off oyunlarına çıxmaq istəyirdilər, buna da nail oldular.

- Bu gün səviyyə fərqi hiss olunurdu?
- Bəli, əlbəttə. Mənə elə gəlir ki, biz bu gün heç də pis mübarizə aparmadıq. Ümid edirəm ki, bu, qarşıdakı oyunlarda işimizə yarayacaq.

- Bu oyunu Avstriyaya qarşı göstərsəydik, xal ala bilərdik?
- Avstriyalılar bizimlə oyunda çox ağıllı oynadılar. Xüsusilə də komandamız azlıqda qaldıqdan sonra. Biz o matçda da əlimizdən gələni etdik. Amma nəticə ürəkaçan olmadı.

- Bu oyunu AÇ-2012-nin seçmə mərhələsindəki ən yaxşı oyunlarımızdan saymaq olar?
- Biz pis oynamadıq, bu, dəqiqdi. Onu deyə bilərəm ki, bütün tsikli belə oynasaydıq, indi daha çox xalımız olardı.