12 oktyabr 2011 11:29

Elnur Allahverdiyev: Əsas heyətə layiq deyiləmsə, çağırmasınlar

Futbol üzrə yığma komandamızın müdafiəçisi Elnur Allahverdiyev AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə ilə son oyununun ardından azerisport.az saytının suallarını cavablayıb.
 
- Siz matçda iştirak etməsəz də, komanda getdiyi halda stadionda qalmışdınız. Niyə?
- Mən Mahir Şükürovu gözləyirdim. Onunla dopinq-testə getməliydik. Biz başqa maşınla gedəcəkdik.
 
- Niyə ehtiyatda qaldınız?
- Bilmirəm. Baş məşqçi belə qərar vermişdi.
 
- Onun bu qərarını necə qəbul etdiniz?
- Sizə belə cavab verim: neçə ildi yığmada çıxış edirəm, zədələnirəm. Əgər görsəm ki, yığmaya xeyir verə bilmirəm, xahiş edəcəm ki, daha məni çağırmasınlar.
 
- Bununla nə demək istəyirsiz?
- Əgər məni əsas heyətdə meydana buraxmırlarsa, nəyə lazımam? Mən ehtiyatda oturmaq istəmirəm. Bu, mənlik deyil. Buna görə də məsələni Berti Foqtsla müzakirə etmək istəyirəm.
 
- Qorxmursuz ki, Vaqif Cavadovun taleyini yaşayarsız?
- Mən yığmadan imtina etmirəm. Mən sadəcə onu demək istəyirəm ki, əgər əsas heyətdə meydana çıxmyacağamsa, heç çağırmaq da lazım deyil. Bilirsiz, mən görsəm ki, zəifəm, uduzuram, yaş artır, bunu özüm Foqtsa deyərəm.
 
- Elnur, belə çıxmır ki, siz almanla müqavilənin artırılmasının əleyhinəsiz?
- Qətiyyən. Mən həmişə istəmişəm ki, o, yığmada qalsın. O, Azərbaycan yığmasına çox fayda verib.
 
- Amma siz deyirsiz ki, o, haqqınızı tapdalayır...
- Mən demədim ki, Foqts mənim haqqımı tapdalayır. Sadəcə, ehtiyatda oturmalı olmadığımı düşünürəm. Özü də tək mən yox. Baxın görün Türkiyə ilə oyunda nə qədər futbolçu öz mövqeyində çıxış etmirdi. Onlar belə faydalı ola bilərlər? Rəşad Sadiqov, Rahid Əmirquliyev kimi futbolçular ehtiyatda qalırlar. Amma həmin mövqedə tam fərqli futbolçulara yer verilir.
 
- Demək olar ki, siz də Vaqifə haqq qazandırmış olursuz? Yeri gəlmişkən, onun imtinasını necə qiymətləndirirsiz?
- Cavadovun addımını müzakirə edə bilmərəm. Hər kəsin öz həyatı, qərarları olur.
 
- Ufuk Budağın çıxışını necə qiymətləndirirsiz?
- Jurnalistsiz, buna siz qiymət verin. O, gəncdi. Hələ çox oynamalıdı. Amma futbolda elə anlar var ki, orda təcrübəlilərə şans vermək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.