12 oktyabr 2011 11:35
AÇ-2012-də hansı komandalar iştirak edəcək?
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək 16 komandadan 12-si müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu vəsiqələrdən 5-nin sahibinə ötən gecə aydınlıq gəlib.
B qrupunda Rusiya, D qrupunda Fransa, F qrupunda Yunanıstan, H qrupunda isə Danimarka liderliyi təmin edərək, vəsiqəyə sahib çıxıb. E qrupunda ikinci pilləni tutan İsveç millisi ən yaxşı qrup ikincisi kimi yarışa birbaşa vəsiqə əldə edib.
Bundan əvvəl isə 7 vəsiqənin sahibi müəyyənləşmişdi. Ukrayna və Polşa ev sahibi kimi yarışa qatılmaq hüququ qazanmışdısa, Almaniya (A qrupu), İtaliya (C), Hollandiya (E), İngiltərə (G) və İspaniya (I) qrup lideri olmuşdu.
Avropa çempionatına qalan 4 vəsiqə play-off mərhələsində qazanılacaq. Qruplarda ikici pilləni tutan komandalar gələn ay üz-üzə gələrək, münasibətlərini aydınlaşdıracaqlar.
Ev sahibləri
Ukrayna, Polşa
Qrup liderləri
Almaniya, Rusiya, İtaliya, Fransa, Hollandiya, Yunanıstan, İngiltərə, Danimarka, İspaniya
Ən yaxşı qrup ikincisi
İsveç
Qrup ikinciləri
Türkiyə, İrlandiya, Estoniya, Bosniya və Hersoqovina, Xorvatiya, Çernoqoriya, Portuqaliya, Çexiya
