12 oktyabr 2011 11:46
Arif İsayev: Yığmamız daha yaxşı nəticə göstərə bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif İsayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə ilə oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 0:1 hesabıyla uduzduğumuz görüşlə bağlı bunları dilə gətirib:
“Biz bu tsikldəkindən daha yaxşı çıxış edə bilərik. Bu mövsüm rekorda sayda – 7 xal topladıq. Amma bunu daha da artırmaq olar. Fikrimcə, hətta bizim öz səhvimiz olmasaydı da, türklər qol vuracaqdılar”.
