12 oktyabr 2011 00:28
“Hakimin bizə qarşı verdiyi ədalətsiz qərarlar...”
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İtaliya oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“İlk növbədə, göstərdiyi əzmkarlığa görə komandamı təbrik edirəm. Təxminən 80 dəqiqədən artıq azlıqda mübarizə aparmalı olduq. Hakimin bizə qarşı verdiyi ədalətsiz qərarlar da oyunumuza mənfi təsir göstərdi. İtaliya kimi böyük futbol ölkəsinin yığmasına qarşı komandamız qorxmadan, cəsarətlə mübarizə apardı. Buna görə futbolçularıma təşəkkür edirəm”.
