12 oktyabr 2011 12:37
Neftçidən 6 cavabsız qol
"Neftçi" "İnter"lə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, flaqman bu məqsədlə yoxlama görüşü keçirib.
Əvəzedici heyətlə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 6:0 hesabı ilə əsas komandanın xeyrinə bitib. Qollara Rəşad Abdullayev, Araz Abdullayev, Fərid Quliyev, Elvin Musazadə və Emil Mpenza (2) imza atıblar.
Xatırladaq ki, oktyabrın 16-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "İnter" matçı saat 15:30-da başlanacaq.
