12 oktyabr 2011 00:37
AFFA prezidenti milli komanda ilə görüşüb
Xəbər verdiyimiz kimi, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində İstanbul şəhərindəki “Türk Telekom Arena”da keçirilmiş Türkiyə – Azərbaycan oyununu AFFA-nın prezidenti Rövnəq Abdullayev də canlı izləyib. Azerisport.az xəbər verir ki, federasiya prezidenti qarşılaşmadan sonra millimizin üzvləri ilə görüşüb.
Yığma komandamızın seçmə mərhələ ərzində keçirdiyi oyunlar haqda fikirlərini bildirən AFFA prezidenti, gələcək qarşılaşmalarda komandaya uğurlar arzulayıb.
