13 oktyabr 2011 14:28
Əfran İsmayılov: Biz İstanbula Türkiyəyə xal vermək üçün getməmişdik
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov AÇ-2012-nin seçmə mərhələsindəki son oyunumuz – Türkiyə ilə qarşılaşma haqda fikirlərini açıqlayıb. Azerisprot.az saytına müsahibəsində o, 0:1 hesablı yenilgiylə bağlı bunları dilə gətirib:
“Türkiyəyə bizimlə oyunda qələbə çox lazım olsa da, biz İstanbula onlara xal hədiyyə etməyə getməmişdik. Biz özümüz də bir xal qazanmaq istəyirdik. Daha dəqiqi heç-heçə etmək istəyirdik ki, Almaniya da Belçikanı yenəcəyi halda, türklər də AÇ-də pley-offa vəsiqə qazana bilsinlər. Amma təəssüf ki, biz öz istəyimizə nail ola bilmədik. Hər halda nə oldusa, keçmişdə qaldı. Türkiyə millisinə pley-off mərhələsində və Avropa çempionatında uğurlar arzulayıram”.