13 oktyabr 2011 14:56

“Türkiyə - Azərbaycan matçında oğlumla qürur duydum”

Oktyabrın 11-də keçirilən AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə - Azərbaycan matçında vurduğu qolla ölkəsinin yığmasını pley-offa daşıyan Burak Yılmazın atası oğlu ilə bağlı maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, “Kayseri Erciyesspor” klubunun baş məşqçisi olan Fikret Yılmaz qardaş ölkə mətbuatına açıqlamasında bunları dilə gətirib:

“Oğlumla qürur duyuram. Ata olaraq qürur duymamaq, həyəcanlanmamaq mümkün deyil. Məni və ailəmi çox sevindirdi. İnsan bir qol vurarsa, bir daha, bir daha vurmasını arzulayır. Matçı izlərkən çox həyəcanlandım. Amma orda sadəcə Burakın uğuru önəmli deyildi. Hamısı mənim üçün Burak Yılmazdı. Milli pley-offa qaldı, inşallah uğurlarının davamını gözləyirik. Oğlum yığmada gözəl oynayır və məni sevindirir. Allah ona sağlıq versin. Bizi qürurlandırır. Her ata kimi oğlumla qürur duyuram. Matçı izlərkən yaşadığım duyğuları anlatmaq çətindi, onu yaşamaq lazımdı. Oğluma hər zaman özünə yaxşı baxmasını, əxlaqlı olmasını, öncə insan, öncə adam olmasını tövsiyyə edirəm. Oynamadığı zamanlar üzülməməsini istəyirəm. O, gəncd, hələ yolun başındadı. Görəcəyi çox iş var”.
 
Qeyd edək ki, Fikrət Yılmaz “Erciyesspor”da millimizin üzvü Amit Quluzadənin çalışdırıcısıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.