13 oktyabr 2011 17:01
Qurban Qurbanov Qarabağın kubokdakı rəqiblərini dəyərləndirdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən Azərbaycan kubokunun yeni mövsümünün püşkünün nəticələrini dəyərləndirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu 1/8 finaldan mübarizəyə qoşulacaq.
Bu komandanın rəqibi isə “Lokomotiv” – “Sumqayıt Şəhər” cütünün qalibi olacaq. Qurbanov şanslardan danışarkən bunları dilə gətirib:
“Bu cütün qalibi təbii ki, “Sumqayıt Şəhər”di. Böyük ehtimalla biz növbəti mərhələdə məhz onlarla qarşılaşacağıq. Sumqayıt təmsilçisi ciddi komandadı. Premyer Liqada artıq onlarla qarşılaşmışıq. Kubok oyununda da çətin olacaq. Özü də kubok oyunları çempionat matçlarından çox fərqlənir. Biz ötən mövsüm “Turan”a doğma meydandakı məğlubiyyəti hələ də unutmamışıq. Ciddi hazırlaşmaq lazımdı”.