13 oktyabr 2011 17:34
Toni Adams: Təəssüf ki, kuboka ilk mərhələdən qoşulmuruq
“Qəbələ”nin baş məşqçisi Toni Adams bu gün keçirilən Azərbaycan kubokunun yeni mövsümünün püşkünün nəticələrini dəyərləndirib. Azerisport.az xəbər verir ki, ingiltərəli mütəxəssisin komandası mübarizəyə 1/8 finaldan qoşulacaq.
Bölgə təmsilçisinin rəqibi isə “Tərəqqi” – “Neftçala” cütünün qalibi olacaq. Adams şanslardan danışarkən bunları dilə gətirib:
“Kuboka hələ çox vaxt var. Ona qədər biz hələ Premyer Liqada neçə oyuna çıxacağıq. Bizə rəqib olacaq klubların hər ikisinə uğurlar arzulayıram. Şadam ki, bu cütün qalibi ilə öz meydanımızda qarşılaşacağıq. Amma ona təəssüflənirəm ki, turnirə ilk mərhələdən qoşulmuruq. Çünki komandamın çoxlu oyun təcrübəsi qazanmasına ehtiyac var”.
