13 oktyabr 2011 19:57
Paytaxt derbisi Elçin Məmmədova tapşırıldı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutacaq. Tovuzda keçiriləcək "Turan" – AZAL matçını Ramil Diniyev idarə edəcək.
Qalan 5 qarşılaşma isə bazar gününə təsadüf edəcək. "Sumqayıt Şəhər" - "Bakı" görüşü Anar Salmanova tapşırılıb. "Qəbələ" - "Kəpəz" matçında Rəhim Həsənov fit çalacaq. "Xəzər Lənkəran"ın "Simurq"la ev oyunu Rauf Cabbarova həvalə olunub.
"Neftçi" və "İnter" arasında paytaxt derbisini Elçin Məmmədov idarə edəcək. "Rəvan" - "Qarabağ" görüşünə isə Əliyar Ağayev təyinat alıb.
Bütün təyinatlarla aşağıda tanış ola bilərsiz:
Premyer Liqa
9-cu tur
15 oktyabr (şənbə)
Turan - AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Knyaz Əmiraslanov, Fariz Yusifov.
Tovuz. Şəhər stadionu. Saat 15:00
16 oktyabr (bazar)
Sumqayıt Şəhər - Bakı
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Orxan Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 15:00.
Qəbələ - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Vaqif Musayev, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu. Saat 15:00.
Neftçi - İnter
Hakimlər: Elçin Məmmədov, İlham Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
Bakıxanov. İsmət Qayıbov adına qəsəbə stadionu. Saat 15:30.
Rəvan - Qarabağ
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ceyhun Haşımov.
Bakı. "Dalğa Arena" stadionu. Saat 17:00
Xəzər Lənkəran - Simurq
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov
Lənkəran. Mərkəzi stadion. Saat 17:30
