13 oktyabr 2011 11:38
Yığmamız almanlar üzərində qələbəyə sevindi
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi “Viktoria Aschaffenburg” klubunun müvafiq yaş qrupundan ibarət komandası olub.
Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Mahir Mədətov və Şahban Cəbrayılov fərqlənib.
