13 oktyabr 2011 11:53
Yığma komandamızın oyunlarının hakimləri açıqlandı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, yığmamız sözügedən seçmə mərhələdə Belçika, Xorvatiya və Ukrayna futbolçuları ilə mübarizə aparacaqlar. Sözügedən komandalarla oyunlarımzı isə Latviya və Rumıniyadan olan hakimlər idarə edəcəklər.
25 oktyabr, saat 18:30
Xorvatiya – Azərbaycan
Rovinj, Valbruna stadionu
Baş hakim: Andris Treymanis (Latviya)
27 oktyabr, saat 18:30
Belçika – Azərbaycan
Umaq, Qradski stadionu
Baş hakim: İştvan Kovaç (Rumıniya)
30 oktyabr, saat 18:30
Azərbaycan – Ukrayna
Poreç, Veli Joze stadionu
Baş hakim: Andris Treymanis (Latviya)
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
