13 oktyabr 2011 15:53
Ölkə kubokunun püşkü atıldı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan kubokunun 2011/2012-ci il mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə bütün klublar ilk rəqiblərini tanımış olublar.
Qeyd edək ki, Azərbaycan kubokunun yeni mövsümündə 21 komanda mübarizə aparacaq. Ənənəvi qayda üzrə keçiriləcək yarışda Premyer Liqadan 12, birinci diviziondan isə 9 komanda iştirak edəcək.
Azərbaycan kubokunda iştirak edəcək komandalar aşağıdakılardı: "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ", AZAL, "İnter", "Bakı", "Qəbələ", "Kəpəz", "Turan", "Rəvan", "Simurq", "Sumqayıt Şəhər", "Muğan", "Bakılı", "Qaradağ Lökbatan", "Şahdağ", "Karvan", "Neftçala", "Şuşa", "Tərəqqi", "Lokomotiv".
Göründüyü kimi, Premyer Liqanın bütün iştirakçıları kubokda mübarizəyə qatılacağı halda, birinci diviziondan 6 klub kubokda yarışmayacaq. Belə ki, Qubadlının "Həkəri", Şəmkirin "Şəmkir", İmişlinin "MKT-Araz", Mingəçevirin "Energetik", Qazaxın "Göyəzən" və Bakının MOİK komandaları yarışdan imtina edib.
Qeyd edək ki, püşkatmaya əsasən müəyyən edilən cütlüklər Azərbaycan kubokunun 1/4 final mərhələsinədək öz aralarında yalnız bir görüş keçirəcəklər.
Azərbaycan kuboku
İlkin mərhələ (26 oktyabr)
1. Şahdağ - Muğan
2. Tərəqqi - Neftçala
3. Lokomotiv - Sumqayıt Şəhər
4. Şuşa - Qaradağ
5. Bakılı - Karvan
1/8 final (30 noyabr)
1. Bakı – Rəvan
2. AZAL – 1-ci cütün qalibi
3. Qəbələ - 2-ci cütün qalibi
4. Qarabağ – 3-cü cütün qalibi
5. İnter – Turan
6. Xəzər Lənkəran – 4-cü cütün qalibi
7. Kəpəz – 5-ci cütün qalibi
8. Simurq – Neftçi
1/4 final (7/8 və 13/14 mart, 2012)
1. 1-ci cütün qalibi - 2-ci cütün qalibi
2. 3-cü cütün qalibi - 4-cü cütün qalibi
3. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
4. 7-ci cütün qalibi - 8-ci cütün qalibi
1/2 final (18-25 aprel)
1. 1-ci cütün qalibi - 2-ci cütün qalibi
2. 3-ci cütün qalibi - 4-cü cütün qalibi
Final (17 may)
1-ci cütün qalibi - 2-ci cütün qalibi
