13 oktyabr 2011 16:20
Türkiyə Xorvatiyaya rəqib oldu (YENİLƏNİB)
Bu gün Avropa çempionatına son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək pley-off məsrəhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatma ərəfəsində 8 komanda hər birində 4 komandanın olduğu iki səbətə ayrılmışdı.
2-ci səbətdə yer alan Türkiyə yığması Portuqaliya, Xorvatiya, İrlandiya və Çexiyaya rəqib ola bilərdi. Püşkatma nəticəsində türklərin bəxtinə ilk səbətin ikinci ən güclü komandası - Çexiya düşüb. Qardaş ölkə yığması ilk oyunu evdə keçirməli olacaq ki, cavab matçının səfərdə olması da çexlərə müəyyən üstünlük veriri.
Digər cütlərə gəlincə, Estoniya İrlandiyaya, Çexiya Monteneqroya, Bosniya və Herseqovina isə Portuqaliyaya rəqib olub. Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 11-12 noyabr, cavab qarşılaşmaları 15-16 noyabrda keçiriləcək. 2 dekabrda isə Ukraynanın paytaxtı Kiyevdə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.
Onu da qeyd edək ki, Ukrayna və Polşa ev sahibi, Almaniya, Rusiya, İtaliya, Fransa, Hollandiya, Yunanıstan, İngiltərə, Danimarka və İspaniya qrup birincisi, İsveç isə ən yaxşı qrup ikincisi kimi Avropa çempionatına vəsiqə qazanıb.
1-ci səbət: Portuqaliya, Xorvatiya, İrlandiya, Çexiya.
2-ci səbət: Bosniya və Herseqovina, Türkiyə, Estoniya, Monteneqro.
Türkiyə - Xorvatiya
Estoniya - İrlandiya
Çexiya - Monteneqro
Bosniya və Herseqovina - Portuqaliya
