13 oktyabr 2011 12:07
Qarabağ Rəvanla oyuna itkilərlə çıxacaq
"Qarabağ" "Rəvan"la oyuna itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu debütantla görüşdə Qara Qarayevin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb 19 yaşlı müdafiəçinin U-21-in heyətində Belçika ilə keçirilən oyunda zədələnməsi olub. Artıq Qaranın "Rəvan"a qarşı oynamayacağı dəqiqləşib. Əzələsində dartılma olan futboçlu 3-4 gün dincələcək. Qaranın bazar ertəsi məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" bu oyunda uzun müddətdi zədəli olan Emin İmaməliyevin də xidmətindən yararlana bilməyəcək. Əvəzində bir müddət zədə səbəbindən oynamayan Rauf Əliyev meydana çıxa bilcək. Millinin Avstriya ilə oyununda meydana çıxan Rauf Türkiyə matçını sarı vərəqə limiti dolduğundan buraxmalı olmuşdu.
