13 oktyabr 2011 12:20
Bakı və Simurqun oyunçuları başsız qaldı
AÇ-2012-nin seçmə qrup mərhələsi başa çatandan sonra ilk baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, ilk belə qərarı Litva millisinin baş məşqçisi Raymondas Jutautas qəbul edib
.
İ qrupunda mübarizə aparan və 4 xal qazanan yığmanın çalışdırıcısı postundan ayrılıb. Bütün məsuliyyəti üzərinə götürən Jutautas istefa verib. Litva Futbol Federasiyası baş məşqçinin istefasını qəbul edib.
Qeyd edək ki, 39 yaşlı mütəxəssis ötən ildən Litva millisini çalışdırırdı. Karyerası ərzində Rusiyanın "Alaniya", İsrailin "Maccabi" (Hayfa) və Yunanıstanın "Panatinaikos" klublarında oynamış Jutautas karyerasını bitirdikdən sonra məşqçiliyə başlamış və ilk təcrübəsini milli komandada keçmişdi.
Litva yığmasında "Simurq"dan Robertas Poşkus və "Bakı"dan Deyvidas Çesnauski çıxış edirdi.
