13 oktyabr 2011 12:48
Azərbaycanla oyun Arda Turanı 2 həftəlik sıradan çıxardı
Futbol üzrə AÇ-2012-nin seçmə mərhələsində oktyabrın 11-də keçirilən Türkiyə - Azərbaycan oyunu “ay-ulduzlular”ın aparıcı oyunçusu, İspaniyanın “Atletico” klubunun futbolçusu Arda Turana baha başa gəlib. Azerisport.az xəbər verir ki, qarşılaşmadan sonrakı müayinə zamanı onun zədəsinin olduğu müəyyənləşib.
Belə ki, İspaniyaya yola düşməzdən öncə İstanbulda müayinədən keçib. Məlum olub ki, ulduz futbolçu ən azı 2 həftəlik “istirahət” etməli olacaq.
Qeyd edək ki, Arda yığmamızla oyunda sona qədər meydanda qalmışdı. Onun komandasını həftəsonu İspaniya çempionatında “Granada”, gələn həftə isə Avropa Liqasında “Udinese” ilə oyun gözləyir. Lakin bu qarşılaşmalarda Ardanın iştirak etməyəcəyi dəqiqdi.
