14 oktyabr 2011 13:15
Mirça Rednik: Simurqla oyunda xal itirməməliyik
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 9-cu turunun “Simurq”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Qarşıdakı rəqibimiz son oyunlarında yaxşı forma yığıb. Onların turnir cədvəlindəki mövqeyinə baxmayaraq, bu oyuna tam məsuliyyətlə hazırlaşırıq. Öz meydanımızda 3 xal qazanmağa borcluyuq. Nəzərə alsaq ki, çempionluğa oynayırıq, bizə ümumiyyətlə xal itirmək olmaz”.
