14 oktyabr 2011 13:33
İqor Mitreski: Bilirdim ki, ermənilər məni təxribata çəkəcək
Futbol üzrə Makedoniya yığmasının və “Neftçi”nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində Premyer Liqanın 9-cu turunun “İnter”lə paytaxt derbisindən, eləcə də İrəvana səfərindən danışıb.
- “İnter”lə oyuna hazırlıqlarınız necə gedir?
- Yaxşı. Artıq hamı Premyer Liqanın oyununa hazırlaşmağa başlayıb. Flavinyo istisna olmaqla, hamı sıradadı. Fikrimcə, “bankirlər”lə oyuna kimi hamı hazır olacaq. Derbiyə həmişə ciddi hazırlaşmaq lazımdı.

- Qarşıdakı oyunlarınızı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəksiz...
- Bunu normal qəbul etdik. Mən hələ Bakıxanovda oynamamışam. Amma uşaqların dediyinə görə, bu, bizim ev oyunlarımızın keçirildiyi stadiondu. Əsas odu ki, qazon yaxşı olsun. Bizi çətin oyun gözləyir. Yaxşı oynamaq və qazanmaq lazımdı.
- “İnter”in lider “Xəzər Lənkəran”ı məğlub edən yeganə komanda olması sizi qorxutmur?
- Xeyr. Lider nə vaxtsa uduzmalıydı. İstənilən halda, biz öz rəqiblərimizi həmişə ciddi qəbul edirik. Həmişəki kimi, yenə qələbəyə oynayacağıq. Özü də yaxşı forma yığmışıq. Niyə də qələbə qazanmağa davam etməyək? Əgər baş məşqçinin tapşırıqlarını düzgün həyata keçirsək, qələbə qazanacağıq.

- Makedoniya yığmasındakı karyeranızı niyə başa vurdunuz?
- Yaş artıq o yaş deyil. Daha çox sərbəst vaxt qazanmaq istəyirəm ki, ailəmə də həsr edim. Üstəgəl, “Neftçi”nin də oyunlarına sakit köklənə biləcəm. Yeri gəlmişkən, Slovakiya ilə son oyunda mənə futbolun inkişafındakı xidmətlərimə görə mükafat və 71 nömrəli futbolkanı hədiyyə etdilər. Çünki Makedoniya yığmasında məhz bu qədər oyun keçirmişəm.
- Yığmayla birgə İrəvana da getmişdiniz. Sizdən Azərbaycan haqda nəsə soruşdular?
- Bakı və Azərbaycan haqda soruşanlar olurdu. Bir neçə jurnalist məndən müsahibə almaq istəyirdi. Amma mən hamısından imtina etdim. Bilirdim ki, məni təxribata çəkəcəklər. Çoxlarına bu, xoş gəlməyə bilərdi. Oyuna gəlincə, mən meydana hesab 0:2 olanda çıxdım. Özü də həmin vaxt azlıqda oynayırdıq. Arzuolunmaz məğlubiyyət yaşadıq.