14 oktyabr 2011 14:37
Rednik Dinamodan imtina edib
Bir neçə gün öncə vətəninə yollanan “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Buxarest “Dinamo”sunun dəvətini qəbul edərək klub rəhbərliyi ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüş zamanı “Dinamo” rəhbərliyi Rednikə qeyri adi təklif edib.
Belə ki, Buxarest təmsilçisinin rəsmiləri Rumıniyadan futbolçu transfer edərkən onun yalnız “Dinamo”dan futbolçu almasını və vətəndə çalışmağa qərar verərkən də yalnız “Dinamo”da çalışmaq üçün müqaviləni imzalamaq təklifini irəli sürərək, əvəzində məhşur futbolçu İonel Dançileskunu qış transferində pulsuz Rednikin sərncamına veriləcəyini bildirib. Lakin yayda “Xəzər Lənkəran”la müqaviləsi bitəcək Mirça Rednik bu təklifdən imtina edib.
