14 oktyabr 2011 14:58
İnter sabiq forvardını icarəyə götürmək istəyir
İtaliyanın “İnter” klubu Rusiya “Anji”sinin hücumçusu Samuel Eto`Onu icarəyə götürməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, Milan təmsilçisi bunu 2012-ci ilin əvvəlində, Rusiya çempionatında yaranacaq fasilə zamanı həyata keçirmək niyyətindədi.
“İnter”in rəhbərliyi Kamerun yığmasının hücumçusunu 2 ay müddətinə icarəyə götürmək istəyir.
Klub rəhbərliyi belə hesab edir ki, Eto`O yanvarın 2-də İtaliyada transfer pəncərəsi açıldıqdan sonra “qara-göylərə” qoşula biləcək və martın 3-dək - Rusiya Premyer Liqasında fasilə bitənədək oynaya biləcək.
Qeyd edək ki, kamerunlu hücumçu 2011-ci ilin avqustunda Milan “İnter”indən Mahaçqalanın “Anji” klubuna keçmişdi. Məhz onun gedişindən sonra italyanlar Dieqo Forlanı alsa da, hələlik o, ümidləri doğrultmur və “İnter” qeyri-sabit çıxışı ilə diqqət çəkir.
