14 oktyabr 2011 15:45

Mahir Şükürov: Berti Foqtsun qalmasını istəyirəm

Futbol üzrə Azərbaycan yığmasının, eləcə də “Qəbələ”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsinin nəticələrindən danışıb, qarşıdan gələn “Kəpəz”lə oyuna toxunub.
 
- Saytımızda siz AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın ən yaxşı oyunçusu seçilmiz...
- Buna görə şadam. Çalışıram ki, hər oyunda daha da artığına nail olum.

- Yeri gəlmişkən, sizin hesabınızda 4 qol ötürməsi var ki, bu da seçmə mərhələnin bütün iştirakçıları arasında ən yaxşı göstəricidi...
- Bu, artıq ciddi göstəricid. Hər halda Avropada ən yaxşı olmaq kiçik məsələ deyil. Heç bilmirdim. Adımın hardasa çəkilməsi xoşdu. “Anji”dən gedəndən sonra qarşıma məqsəd qoymuşdum ki, yenidən özümü göstərim. Çünki çoxları Mahaçqala klubundan ayrılmağımı öz günahım kimi qələmə verirdi.
 
- Bütövlükdə, seçmə mərhələdəki çıxışımızı necə qiymətləndirərdiz?
- Əlbəttə, daha çox xal toplaya bilərdik. Heç olmasa, 10 ya da 12 xal qazanmaq mümkün idi?

 
- Bəs buna nə mane oldu?
- Biz Avstriya ilə oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməliydik. Orda biz dəqiq qələbə qazana, ən azından heç-heçə edə bilərdik. Bu, seçmə mərhələdəki ən üzücü məğlubiyyətimiz oldu. Amma 7 xal da pis göstərici deyil. Əminəm ki, növbəti tsikldə daha çox xal toplarıq.
 
- Berti Foqtsla müqaviləni yeniləməyə dəyər?
- Mən onun qalmasını istəyirəm. Mənim inkişafımda onun rolu az deyil. Foqts məşqlərdə arxayınlaşmağa imkan vermir. Həmişə hər kəsdən tam konsentrasiya tələb edir ki, bu da komandaya çox kömək edir.
 
- Yeri gəlmişkən, Vaqif Cavadovla Elnur Allahverdiyevin Foqtsla bağlı açıqlamalarına nə deyərdiniz?
- Vaqif haqda danışmaq istəmitəm. Elnura gəlincə, o, sadəcə əsəbləşmişdi. Düşünmürəm ki, o, yığmadan imtina edər.
 
- Artıq Premyer Liqanın qarşıdakı oyununa hazırlığa başlamısız?
- Bəli. Komandamız 7-ci yerdə gedir. Amma bunda özümüz günahkarıq. Odu ki, indi özümüz də hər şeyi düzəltməliyik.

- Komandada nə baş verir ki?
- Dəqiq diaqnoz qoymaq çətindi. Belə hər şey qaydasındadı. Amma oyun böhranı hər bir komandada olur. Bəlkə də bunun indi olması yaxşıdı. Amma rəhbərlik bizi dəstəkləyir.
 
- Qarşıdakı turda sizi “Kəpəz”lə oyun gözləyir...
- Yaxşı ki, gəncəliləri öz meydanımızda qəbul edirik. Rəqibimizə hörmətlə yanaşırıq. Amma qələbə qazanmağa borcluyuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.