14 oktyabr 2011 16:14
“Turan – AZAL oyunu güc futboluna səhnə olacaq”
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 9-cu turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Bu oyunda çoxlu güc sərf etməyimiz lazım gələcək. Çünki Tovuz stadionunda şərait o qədər də yaxşı deyil. Daha dəqiqi, qazonun keyfiyyəti texnikalı oyun sərgiləməyə mane olur. Odu ki, bu oyunda daha çox güc futbolunun şahidi olacağıq. Bu mübarizədən kim qalib çıxa bilsə, qələbə də onun olacaq”.
