14 oktyabr 2011 16:42
“Təcrübəmizlə bu boşluğu aradan qaldırmalıyıq”
“Qarabağ” “Rəvan”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bazar günü “Rəvan”la qarşılaşacaq komanda rəqibi yetərincə ciddi qiymətləndirir.
“Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli milli komandadan döndükdən sonar həm yığımadakı çıxışını, həm də qarşıdakı oyunu dəyərləndirib: “Sonuncu oyunda Ruminiyayla qarşılaşdıq. Qeydə alınan heç-heçəni normal qəbul edirəm. Belə götürsək, seçmə mərhələ mənim üçün yaxşı keçdi. Adətən oyunlarda start heyətində meydana çıxırdım. Millimiz isə turnirə uğurlu başlasa da, sonradan geriləmə qeydə alındı. Artıq, baş verənləri unudub, gələcəyi fikirləşmək lazımdı. “Rəvan”la oyun çətin keçəcək. Hər 2 komanda son 2 oyunda qələbə qazanıb. “Rəvan” güclülərə qarşı əzmkar çıxış edir. Bizimlə oyun da istisna olmayacaq. Ümumiyyətlə, “Qarabağ”a qarşı rəqiblər xüsusi hazırlaşır. Ona görə də, daha səylə hazırlaşmalıyıq. Uzun zamandı birlikdə deyilik. Bu, bizə müəyyən anlamda problem yarada bilər Amma təcrübəmizlə bu boşluğu aradan qaldırmalıyıq. 3 xalı qazanıb qələbə seriyasını davam etdirmək istəyirik”.
