14 oktyabr 2011 17:03
Fenerbahçenin bu günkü məşqində dava düşdü
Türkiyənin “Fenerbahçe” klubunun bu gün baş tutan məşqi xoşagəlməz olaylara səhnə olub. Azerisport.az xəbər verir ki, “Mersin İdmanyurdu” ilə oyuna hazırlaşan “sarı-lacıvərdlilər”in son məşqində futbolçular arasında dava düşüb.
Olayın əsas qəhrəmanları isə yerli futbolçular - Caner Erkinlə Semih Şentürk olub. Öncə “kvadrat” oynayarkən Canerin yaxşı ötürmə verməməsi Semihi özündən çıxarıb. Lakin bu zaman tərəflər söz atışmasıyla kifayətləniblər.
Bir qədər sonra isə Semih ozü komanda yoldaşından top almaq istərkən çox sərt oynayıb. Bu, gərginliyi daha da artırıb və tərəflər qol gücüylə qarşısındakını başa salmağa qərar veriblər. Futbolçular arasındakı münaqişənin daha da böyüməsinə komanda yoldaşları imkan verməyiblər.
