14 oktyabr 2011 17:43

Rauf Əliyev: Artıq millidə yerli məşqçi işləməlidi

“Millinin hər oyunundan əvvəl və sonra mənə Berti Foqtsun milli komandada qalıb-qalmayacağı haqda suallar verirdilər. Mətbuat Foqtsun taleyinin necə olacağından xəbər tutmaq istəyir. Onda demişdim ki, Foqtsun müqaviləsi var. Onun millidə qalıb-qalmayacağına isə tək Rauf Əliyev və Rövnəq Abdullayev baxmır. Foqtsun işinə İcraiyyə Komitəsinin üzvləri qiymət verəcək. Təbii, vəziyyət o yerə çatdı ki, azarkeşlər komandadan inciyib, stadionu tərk etdilər”.
 
Azerisport.az xəbər verir ki, bu sözləri AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev deyib. O qeyd edib ki, millinin oyununda narazı qalanlar meydançaya telefon atırlar:
 
“Bütün bunlar gözlənilməz haldı. Günahı futbolçularda görürəm. Ancaq təkcə əsas deyil, eləcə də 17, 19 və 21 yaşlılardan ibarət milli komandalarımız da yaxşı nəticələr göstərə bilmir. Həmin komandalara da almanlar başçılıq edir. Bütün yaş qrupları üzrə yığmalarda islahatlar aparılmalıdı. Hamısının oyunları ciddi təhlil edilməlidi, kimlər işləyib və hansı futbolçular oynayıb. Artıq aşağı yaş qrupu üzrə milli komandalarada da yerli mütəxəssislər işləməlidi”.
 
R.Əliyev Foqtsa və onunla birgə işləyənlərə öz minnətdarlığımı bildiririb. Deyib ki, futbolçular və məşqçilər onlardan çox şey öyrəndilər: “Ümumi götürəndə, almanların təcrübəsi yüksək səviyyədədi. İK-in iclasında Foqtsun məsələsi müzakirə olunan kimi sözümü deyəcəyəm. O, iki seçmə mərhələdə komandaya başçılıq etdi. Artıq millidə yerli məşqçi işləməlidi. Bütün yaş qrupları üzrə millilərdə də belə olmalıdı. Hər şey məndən asılı deyil. Ola bilsin ki, İcraiyyə Komitəsinin digər üzvləri onun qalmasını istədilər. Əgər daha çox səs yığsa, artıq heç nə edə bilmərəm. Ancaq məncə, komandanı yerli məşqçilərə tapşırsaq, daha yaxşı olar”. (Sport favorit)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.