14 oktyabr 2011 18:27

Lippert: Onlar böyük addımlarla əsas milliyə doğru addımlayırlar

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernhard Lippert “Sumqayıt Şəhər”in rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, rəhbərlik etdiyi yığmanın son oyunlarını dəyərləndirən almaniyalı mütəxəssis Sumqayıt klubunun U-21 milli komandamızda olan futbolçularından da danışıb.
 
- Əvvəlcə 21 yaşadək futbolçulardan ibarət milli komandanın Norveç və Belçika ilə keçirdiyi oyunları dəyərləndirərdiniz...
- Ümumilikdə komandanın oyunundan razı qaldım. Amma nəticələrdən narazıyam. Norveç və Belçika ilə oyunlarda komanda hücum futbolu nümayiş etdirdi. Hər iki qarşılaşmada futbolçularımız kifayət qədər əlverişli vəziyyətlərdən yararlana bilmədi. Araz Abdullayev, Tərlan Quliyev və Əli Gökdəmirin bu oyunlarda iştirak edə bilməməsi də oyunumuza öz təsirini göstərirdi.
 
- “Sumqayıt Şəhər” klubunun 3 futbolçusu – Bədavi Hüseynov, Ruslan Tağızadə və Emin Mustafayev hər iki qarşılaşmanı əvəzolunmadan keçirdi. Zədəsini yenicə sağaltmış hücumçu Ruslan Qurbanov isə bu oyunlarda meydana sonradan daxil oldu. Bu futbolçuların çıxışı barədə nə deyə bilərsiniz?
- Adətən oyunçular haqqında ayrı-ayrılıqda fikir söyləməyi xoşlamıram. Futbol komanda oyunudur. Hər hansı bir futbolçunu xüsusi ilə qeyd edə bilmərəm. Ümumilikdə Bədavi Hüseynov, Ruslan Tağızadə və Emin Mustafayevin oyunundan razı qaldım. Hər üç futbolçu böyük addımlarla A milli komandaya doğru addımlayırlar. Onlar “Sumqayıt Şəhər”in heyətində Premyer Liqanın bütün oyunlarında iştirak etdiyi üçün böyük təcrübə toplayıblar. Ruslan Qurbanova gəldikdə, adıçəkilən forvard ciddi zədədən yenicə qurtulub. Bu səbəbdən onun 2-3 həftə zamana ehtiyacı var. Ruslan oyunlara hələ 50 faiz hazırdır. “Sumqayıt Şəhər”in digər bir futbolçusu Orxan Həsənov da U-21-in əsas üzvüdü. Onun yoxluğu da bizim üçün itkidi.
 
- Sizi “Sumqayıt Şəhər”in oyunlarında tez-tez görürük. Bu nə ilə əlaqədadrdı?
- Aşağı yaş qrupları üzrə milli komandaların bir çox futbolçusu “Sumqayıt Şəhər”də çıxış edir. Bir az əvvəl də qeyd etdiyim kimi U-21-in bir neçə üzvü məhz bu komandada oynayır. Bu səbəbdən cari mövsümdə “Sumqayıt Şəhər”in bir neçə oyununu stadionda izləmişəm. Mən təkcə “Sumqayıt Şəhər”in deyil, “Neftçi”, “İnter”, “Bakı”, “Qarabağ” kimi komandaların oyunlarını izləmək üçün stadionlara gedirəm. Əsasən heyətində aşağı yaş qrupunda çıxış edən futbolçuları olan komandaların oyunlarında da məni tez-tez görə bilərsiz. Bununla millidə olan futbolçuların nəyə qadir olduqlarını əyani şəkildə izləyirəm.
 
- Ümumiyyətlə, “Sumqayıt Şəhər” komandası barədə hansı fikirdəsiniz?
- “Sumqayıt Şəhər” Premyer Liqanın ilk turlarında bəzi problemlərlə üz-üzə idi. Futbolçuların təcrübəsizlikdən əziyyət çəkdikləri aşkar hiss olunurdu. Lakin turlar ötdükcə komandanın oyununda irəliləyiş müşahidə edilir. “Sumqayıt Şəhər”də gənc futbolçuların çıxış etməsi sevindiricidir və gənclərə Premyer Liqa təcrübəsi aşılamaq çox yaxşı haldır. Ümumiyyətlə isə, U-16, U-17, U-19, U-21 komandalarının üzvlərinin Premyer Liqa klublarında mütəmadi oynamalarının tərəfdarıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.