14 oktyabr 2011 11:28

Mircavadov: Hər məşqçi yığmanı çalışdırmağı arzulayır

Azərbaycan futbolunun veteranı, işsiz mütəxəssiz Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində yığma komandamızın AÇ-2012-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib.
 
- Yığmamızın geridə qalan seçmə mərhələdəki çıxışını necə qiymətləndirmək olar?
- Azərbaycan yığmasının həm zəif oyunları oldu, həm də normal. Hesab edirəm ki, görülən işlərlə bağlı AFFA qarşısında hesabat verilməlidi və biz o zaman tsiklin yekunları barədə daha dəqiq məlumata malik olarıq. Bir şeyi deyə bilərəm ki, yığmada sabit oyun yox idi. Mənə maraqlıdı, Foqtsun qarşısına qoyulan vəzifə nədən ibarət idi. Hər halda onun bu vəzifənin öhdəsindən nə dərəcədə gəldiyinə əsasən də nəticə çıxarmaq olar. Bu tsikldə Azərbaycan yığması 26 qol buraxıb. Necə olur ki, hər oyuna ən azı 6 müdafiəçi ilə meydana çıxan komanda 10 oyuna 26 top buraxır? Yeddi xal uğur deyil. Mən hələ komandanın yeni səviyyəyə çatdığını görmürəm.
 
- Hansı mənfi cəhətləri qeyd edərdiniz?
- Sabitlik yoxdu. Bir oyunda yaxşı oynayırıq, digərində böyük hesabla uduzuruq. AFFA almaniyalı mütəxəssis üçün ideal şərait yaradıb. Amma o, bunun əvəzində nə gətirib? Yığma tsikl ərzində təsadüfi hallarda azarkeşlərini sevindirə bilib. Ancaq 7 xal yığmasını qeyd etmək olar ki, bu da inkişaf göstəricisi sayıla bilməz.
 
- AFFA əvvəllər Foqtsun qarşısına döyüşkən komanda yaratmaq vəzifəsini qoyduğunu açıqlayırdı...
- Mən döyüşkən komanda görmürəm. Bir çox oyunlarda futbolçular sadəcə hakimin fitinin səslənməsini gözləyirdilər. Hamı yığma üçün çalışır. Çempionatın təqvimi dəyişir. Klub məşqçiləri də, PFL də əlindən gələni edir. Yığma məşqçiləri istədikləri vaxtda, istədikləri yerdə təlim-məşq toplanışı təşkil etmək imkanına malikdi. Amma nəticəsi yoxdu. Mənim üçün əsas komandanın oyunudu, o da yoxdu. Düzdü, biz Bakıda Türkiyəyə qarşı yaxşı oynadıq, Belçika ilə ev oyununda döyüşdük. Amma başqa xatırlanası nəsə yoxdu.
 
- Foqtsu saxlamağa dəyir, ya yox?
- Mən hər bir mütəxəssisə hörmət edirəm. Foqts mənim həmkarımdı və onun haqqında nəsə deyə bilmərəm. Bu məsələni AFFA həll edir.
 
- Almaniyalı artıq iki seçmə mərhələdi yığmanın sükanı arxasındadı. Düz dörd il ərzində komandada nəyisə dəyişmək mümkündümü?
- Foqtsa kimi yalnız İqor Ponomaryov yığmada bütün tsikl boyu çalışmışdı. Digər mütəxəssislərdə belə imkan olmayıb. Alman isə artıq 4 ildi bu postdadı. Fikrimcə, bu müddət ərzində komanda yaratmaq mümkün idi. Amma komandamız hər oyunda müxtəlif cür futbol sərgiləyir. Hər oyunda elə təəssürat yaranır ki, komanda yenidən yığılır.
 
- Əgər yığmanın baş məşqçi postu sizə həvalə olunsa, gələrsiz?
- Hazırda bunu müzakirə etmək mənasızdı. Ona görə də nəsə demək düz çıxmazdı. Fikrimcə, istənilən mütəxəssis yığmanı çalışdırmağı arzulayır. Belə şeydən imtina mümkünsüzdü. Mən istərdim ki, AFFA gələcəkdə hətta yerli mütəxəssis olanda da komandamıza belə ideal şərait yaratsın. Yerli mütəxəssislərin dövründə belə şərait yaradılmayıb. Mən sərbəst işləyən adamam. Heç kim mənə göstəriş verə bilməz ki, belə işlə. Hər halda belə bir təklif gəlsə, hər şey mümkündü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.